Azadlığa çıxan Ata Abdullayev alqışlarla qarşılandı - Şüar səsləndirdi + VİDEO
Azadlığa buraxılan Ata Abdullayevin evində qarşılanma anlarını əks etdirən görüntülər yayılıb.
SAVASHMEDİA.az xəbər verir ki, sosial şəbəkələrdə paylaşılan videoda Ata Abdullayevin ailə üzvləri və yaxınları tərəfindən evində səmimi şəkildə qarşılandığı görünür.
Kadrlarda onunla qucaqlaşmalar, sevinc anları və alqış səsləri əks olunub.
Qeyd edək ki, Ata Abdullayev 2021-ci ilin martında saxlanılmış, həmin ilin dekabrında Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il müddətinə azadlıqdan məhrum edilmişdi.
musavat