Həbs olunan Qaqauz rəhbəri Ərdoğandan kömək istədi

Qaqauziya Muxtar Ərazi Qurumunun (Qaqauz Yeri) rəhbəri Yevgeniya Qutsul dəstək üçün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana müraciət edib.

Mar 27, 2025 - 11:57
Həbs olunan Qaqauz rəhbəri Ərdoğandan kömək istədi

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə "TASS" yazıb.

Qutsul həbsi ilə əlaqədar Türkiyə Prezidentindən dəstək istəyib. O, Ərdoğana müraciətində ondan qaqauz xalqının qanuni hüquqlarını qorumasını gözlədiyini bildirib.

Qeyd edək ki, Qaqauziya rəhbəri Yevgeniya Qutsul Kişinyov aeroportunda saxlanılıb.