"Vaşinqtonda qərar verdik, Ukrayna NATO-nun üzvü olacaq" – Mark Rutte

“Ukrayna gələcəkdə Şimali Atlantik Alyansına 33-cü və ya 34-cü üzv kimi qoşulacaq”. 

Oct 17, 2024 - 12:26
"Vaşinqtonda qərar verdik, Ukrayna NATO-nun üzvü olacaq" – Mark Rutte

SAVASHMEDİA.az bunu oktyabrın 17-də Brüsseldə NATO müdafiə nazirlərinin görüşündən əvvəl çıxış edən NATO-nun baş katibi Mark Rutte bildirib.

“Hazırda Ukrayna 33-cü üzv kimi görünür. Amma onu başqa birinin qabaqlaması da ola bilər. Lakin Ukrayna gələcəkdə NATO üzvü olacaq. Vaşinqtonda belə qərar verdik. Ona görə də indi sual xronologiya ilə bağlıdır”.

Baş katibin sözlərinə görə, indi müttəfiqlər Ukraynanın üzvlüyünə körpü yaradan səylərə cəmlənib. 

“Ona görə də “nə vaxt?” sualı yaranarsa, indi buna cavab verə bilmərəm. Lakin biz bütün bu istiqamətlər üzərində işləyirik ki, onlar bir gün həqiqətən NATO-ya üzv olsunlar”, - deyə Rutte əlavə edib.

Xatirə SADİQ