Qələbə planında gizli saxlanılan 2 bənd bunlar imiş   - Zelenskinin sirri açıldı

Ukrayna lideri Vlodimir Zelenski ölkə parlamentində Qələbə planının bəzi bəndlərini açıqlayıb. 

Oct 17, 2024 - 12:48
Qələbə planında gizli saxlanılan 2 bənd bunlar imiş   - Zelenskinin sirri açıldı

Bununla belə, o özü də etiraf edib ki, açıqlanan bəndlər Qələbə planının tam mətni deyil, bəzi müddəalar son ana qədər məxfi saxlanılacaq. 

Maraqlıdır, qələbə planının hamıdan gizlədilən məxfi bəndləri hansılardır?

SAVASHMEDİA.az "RT news"a istinadən xəbər verir ki, amerikalı politoloq Malek Dudakov Qələbə planındakı gizli bəndləri açıqlayıb.

O qeyd edib ki, planda Ukraynanın Rusiyaya ərazi güzəştlərinə gedə biləcəyi barədə də müddəa var, lakin Zelenski bunu açıq şəkildə elan etmək istəmir.

Həmçinin vurğulanıb ki, rəsmi Kiyev Qərbdən uzaqmənzilli raketlərin tədarükünü də tələb edə bilər.

Ekspert qeyd edib ki, Bayden administrasiyasının mümkün reaksiyasına gəlincə, nəzərə almaq lazımdır ki, o, Ukrayna böhranı ilə bağlı ən azı hansısa planı prezidentlik müddətinin sonuna qədər təqdim etməyə çalışır. 
Bununla belə, Zelenskinin təklif etdiyi həll yolları, o cümlədən silah tələbləri ilə bağlı addımlar real deyil. Qərar ABŞ hərbi arsenallarının vəziyyəti nəzərə alınmaqla veriləcək.

Xatırladaq ki, Zelenski Ali Radada çıxış edərək ilk dəfə Qələbə planını ictimaiyyətə təqdim edib. Məlumata görə, planının 5 bənd və üç gizli əlavədən ibarətdir. Bəndlərdən ilk dördü müharibə dövrünə, sonuncusu isə təhlükəsizliklə bağlı, yəni müharibənin bitməsindən sonrakı mərhələyə aiddir.

Oğuz