Orban Ukraynaya görə pul ödəmək istəmir - “Xoşuma gəlmir”

“Hazırda Avropa liderləri Amerika Birləşmiş Ştatlarının Ukraynaya maliyyə dəstəyini dayandıracağı təqdirdə Ukraynaya yardımın həcmini müzakirə edirlər”.

Feb 19, 2025 - 16:24
Orban Ukraynaya görə pul ödəmək istəmir - “Xoşuma gəlmir”

SAVASHMEDİA.az “Magyar Nemzet” qəzetinə istinadən xəbər verir ki, bunu Macarıstanın baş naziri Viktor Orban hakim “FİDES – Macarıstan Vətəndaş Birliyi” partiyasının parlament fraksiyasının toplantısında deyib. 

“Amerikalılar Ukraynanı maliyyələşdirməkdən imtina edirlər və Brüssel avropalıları, o cümlədən macarları bunun üçün pul ödəməyə məcbur etmək istəyir. Artıq masada təklif var ki, biz macarlar Ukraynaya ildə 500 milyon avro verəcəyik”, - deyə Orban bildirib.  

Orban etiraf edib ki, vəziyyətin bu yerə gəlib çıxması qətiyyən xoşuna gəlmir. O, hesab edir ki, bu barədə söhbət belə gedə bilməz. Ona görə ki, hazırda Ukrayna tərəfi Aİ-yə daxil olmaq üçün şərtləri yerinə yetirməyib.

Xatirə SADİQ