"Bu əlin harada olduğu vecimə deyil, bu əli...” - Trampla ərəb şahzadəsinin dialoqu + VİDEO
Ötən gün ABŞ Prezidenti Donald Tramp Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanı Ağ Evdə qəbul edib.
SAVASHMEDİA.az xəbər verir ki, Trampla Salman görüşdən sonra mətbuat konfransı keçiriblər.
Tərəflər arasındakı mehribanlıq və nəzakətli davranışlar diqqətdən yayınmayıb. Konfransda ərəb şahzadəsi ABŞ-yə 1 trilyon dollar sərmayə yatıracağını bildirib. Bu açıqlama Trampı sevindirib və o Salmanla əl görüşüb.
“Mən yumruqla salamlaşmıram. Mən bu əli sıxaram. Bu əlin harada olduğu vecimə deyil. Mən bu əli sıxaram” – Tramp gülərək deyib.
Bu sözlər Trampın həm Məhəmməd bin Salmanın ABŞ-yə yatırımına minnətdarlıq olaraq, həm də sabiq ABŞ Prezidenti Co Baydenin 2022-ci ildə ərəb şahzadəsi ilə yumruq-yumruğa salamlaşmasına kinayə olaraq qiymətləndirilib.
Banu