“Ermənistan KTMT-dən çıxıb” – Alen Simonyan
“Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxıb”.
SAVASHMEDİA.az xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan bildirib.
A.Simonyan qeyd edib ki, bu qərar Rusiyaya görə verilməyib:
“Biz faktiki olaraq çıxmışıq. Lakin KTMT-dən çıxmaq anti-Rusiya əhval-ruhiyyəsinin təzahürü deyil. Qalan işləri isə İrəvanın öhdəsinə buraxın”.
Qeyd edək ki, A.Smonyandan əvvəl jurnalistlərə açıqlama verən Ermənistan XİN rəhbəri Mnatsakan Safaryan KTMT-dən çıxmadıqlarını bildirmişdi:
"Hazırda bu məsələ Xarici İşlər Nazirliyinin gündəliyində deyil. Bizim qarşımıza belə bir vəzifə qoyulmayıb”.
Banu