London daha 4 gürcü məmuruna sanksiya tətbiq etdi

Böyük Britaniya hökuməti Gürcüstan hakimiyyətinin daha dörd yüksək vəzifəli məmuruna qarşı sanksiya tətbiq edib.

Apr 10, 2025 - 17:21
London daha 4 gürcü məmuruna sanksiya tətbiq etdi

SAVASHMEDİA.az gürcü KİV-nə istinadən xəbər verir ki, London həmin məmurları insan haqlarını pozmaqda ittiham olunurlar. 

Beləliklə, siyahıya Gürcüstanın daxili işlər nazirinin müavini Şalva Bedoidze, Daxili İşlər Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin rəis müavini Mirzə Kezevadze, Xüsusi İstintaq Xidmətinin rəhbəri Karlo Katsitadze və Gürcüstanın baş prokuroru Giorgi Qabitaşvili daxil ediliblər.

Məhdudiyyətlərə görə, onlara Böyük Britaniyaya giriş qadağan edilib. Əgər 4 məmurun Böyük Britaniyada aktivləri aşkar edilərsə, onlar dondurulacaq.

Qeyd edək ki, 9 dekabr 2024-cü il tarixində rəsmi Tiflisin ölkənin Aİ-yə üzvlüyü ilə bağlı danışıqları dayandırmaq qərarına görə başlayan etirazların qəddarcasına yatırılması fonunda Britaniya Xarici İşlər Nazirliyi Gürcüstana bütün yardım proqramlarını dayandırdığını və Gürcüstan hakimiyyəti ilə, o cümlədən müdafiə sektorunda qarşılıqlı əlaqəni dayandırdığını elan etdi. London tezliklə Gürcüstan məmurlarına qarşı sanksiyalar tətbiq etməyə başladı.

Britaniyanın sanksiyalar siyahısında Gürcüstanın daxili işlər naziri Vaxtanq Qomelauri, onun müavini Aleksandr Daraxvelidze, Tiflis Polis İdarəsinin keçmiş rəisi Sulxan Tamazaşvili, Tbilisi Apellyasiya Məhkəməsinin sədri Mixail Çinçaladze və eyni məhkəmənin hakimi Levan Murusidze də var. 

Xatirə SADİQ