"Uçan taksi"də neçə sərnişin olub? - TƏBİB-dən açıqlama
Nizami rayonu, Heydər Əliyev prospekti ərazisindən yol-nəqliyyat hadisəsi baş verməsi səbəbilə Sabunçu Tibb Mərkəzinə aprelin 10-da saat 15:10 radələrində 2 nəfər (1 kişi, 1 qadın) hospitalizasiya olunub.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib.
Qeyd edilib ki, döş qəfəsinin əziyi diaqnozu təyin edilən 1976-cı il təvəllüdlü qadına zəruri tibbi xidmətlər göstərilib.
Vəziyyəti qənaətbəxş olan şəxs ambulator müalicə üçün evə buraxılıb.