Müctəba ilə Pezeşkianın saxta görüntüsünü İranın özü yayıb? - Həmin VİDEO
İran Prezidenti Məsud Pezeşkianla ölkənin Ali Rəhbəri Müctəba Xameneinin görüşünü əks etdirən videonun saxta olduğu aşkarlanıb.
SAVASHMEDIA.az xəbər verir ki, görüntülərin həqiqi olmadığını İran tərəfi də etiraf edib. Belə ki, İranın "Səbrin News" kanalı videonun saxta olduğunu aqıqlayıb.
İddialara görə, görüntülərlə bağlı gerçəyin başqa mənbələr tərəfindən ifşa olunacağından ehtiyatlanan İran tərəfi videonun saxtalığını əvvəlcədən etiraf etməyə məcbur olub.
Xatırladaq ki, Pezeşkianın Müctəba Xamenei ilə görüşməsi barədə məlumatlar İran mediasında daha əvvəl yayılıb. Guya görüşdən çəkildiyi iddia edilən saxta görüntülər isə dövriyyəyə dünəndən buraxılmışdı.
Videonun kim tərəfindən hazırlandığı və ilk olaraq hansı mənbədə yayıldığı isə açıqlanmayıb.
Oğuz