10 gün sonra Əvəz Zeynallının qızının nişanı olacaqmış
Ötən gün vəfat edən jurnalist, “Xural TV”nin rəhbəri Əvəz Zeynallı bu gün Kürdəxanı qəbiristanlığında torpağa tapşırılıb.
SAVASHMEDİA.az “Unikal”a istinadən xəbər verir ki, Əvəz Zeynallının ailəsi şad günə hazırlaşırmış.
Belə ki, mərhum jurnalistin qızı Selcan Zeynallının oktyabrın 10-da nişan mərasiminin keçirilməsi planlaşdırılıbmış. Lakin atasının vəfatından sonra mərasim təxirə salınıb.
Qeyd edək ki, S.Zeynallı qrup yoldaşı ilə ailə həyatı qurmağa hazırlaşır.