Rusiya Ukraynanın kotletinə də ƏL QOYDU - “Kiyev kotleti”nin ADI DƏYİŞDİRİLDİ
Rusiya Dövlət Dumasının yeməkxanası “Kiyev kotleti”nin adını dəyişdirib.
SAVASHMEDİA.az xəbər verir ki, bunu Kreml jurnalistlər qrupunun müxbiri Aleksandr Yunaşev deyib.
O bildirib ki, yemək indi menyuda “kərə yağı ilə kotlet” deyə qeyd olunub. Halbuki, əvvəllər bu yemək ənənəvi adı ilə təqdim olunurdu.
Bundan əvvəl də Ümumdünya Rus Xalq Şurasının sədr müavini, Bryansk vilayəti Dumasının deputatı Mixail İvanov Moskvadakı Kiyev vağzalının adının Bryansk vağzalı olaraq dəyişdirilməsini təklif edib.
Onun sözlərinə görə, tarixi adın qaytarılması öz tarixinə hörmət aktı olacaq. İvanov xatırladıb ki, vağzal 1899-cu ildə tikilib və 1934-cü ilə qədər xidmət göstərdiyi dəmir yolunun adına uyğun olaraq Bryansk vağzalı adlandırılıb. Hazırda isə Kiyevə faktiki olaraq qatar reysləri həyata keçirilmir, Bryanskla dəmir yolu əlaqələri isə fəal şəkildə inkişaf edir. İvanov bildirib ki, “Bryansk vağzalı” adı hazırkı daşımaların coğrafiyasını daha dəqiq əks etdirir.
Qeyd edək ki, "Kiyev kotleti" adından da bəlli olduğu kimi Ukrayna mətbəxinə aiddir.
Banu