İranda hicabsız konsert verən müğənniyə 74 şallaq vurulacaq - VİDEO

İranda hicabsız konsert verən 29 yaşlı müğənni Pərastoo Əhmədi barəsində çıxarılan 74 şallaq cəzası apellyasiya məhkəməsi tərəfindən qüvvədə saxlanılıb.

Sep 29, 2026 - 17:26
İranda hicabsız konsert verən müğənniyə 74 şallaq vurulacaq - VİDEO

SAVASHMEDİA.az xəbər verir ki, məhkəmə, həmçinin müğənniyə iki il müddətinə audiovizual fəaliyyətlə məşğul olmaq və ölkədən çıxmaq qadağası qoyulmasını təsdiqləyib.

Qərarın konsertdə iştirak edən musiqiçilərə və prodakşn heyətinin digər üzvlərinə də şamil edildiyi bildirilib.

Xatırladaq ki, P. Əhmədi 2024-cü ilin dekabrında “YouTube” platformasında yayımlanan 27 dəqiqəlik konsert zamanı hicab bağlamayıb. Dörd kişi musiqiçinin müşayiət etdiyi müğənninin ifası qısa müddətdə internetdə geniş yayılıb.

Görüntülərin yayılmasından sonra P. Əhmədi və onunla birlikdə çıxış edən heyət barədə araşdırma başladılıb. Rəsmilər konsertin ölkənin hüquqi və mədəni qaydalarına zidd olduğunu bildiriblər.

 İyun ayında Qum şəhərindəki məhkəmə Əhmədi, konsertdə iştirak edən musiqiçilər və prodakşn heyətinin üzvləri barədə qərar çıxarıb. Məhkəmə hicabsız solo çıxışı və kişi musiqiçilərin iştirak etdiyi konserti əxlaqi və dini qaydalara zidd hesab edib.

Müğənniyə və digər təqsirləndirilən şəxslərin hər birinə 74 şallaq cəzası verilib. Onlara həmçinin iki il müddətinə audiovizual fəaliyyətlə məşğul olmaq və ölkədən çıxmaq qadağan edilib.

Qərardan apellyasiya şikayəti verilib. Lakin Qum əyaləti Apellyasiya Məhkəməsi müraciəti rədd edərək birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən təsdiqləyib. 

Beləliklə, müğənniyə verilən 74 şallaq cəzası və digər məhdudiyyətlər qüvvəyə minib.

Banu

Посмотреть эту публикацию в Instagram

Публикация от Zulfuqar Savaş (@savashmedia.az)