"Avropa Putinin oynayacağı top deyil" - Almaniya kansleri
Almaniya kansleri Fridrix Merz Bundestaqda çıxışı zamanı Rusiya prezidenti Vladimir Putinə çağırış edib.
SAVASHMEDİA.az-ın xəbərinə görə, o, Rusiya liderinə bəzi həqiqətləri qəbul etməyi məsləhət görüb.
"Putin başa düşməlidir ki, onun bu müharibədə qalib gəlmək şansı yoxdur. Biz kapitulyasiya yolu ilə sülh istəmirik və bunu qəbul etməyəcəyik. Ona görə də Ukraynanın və avropalıların razılığı olmadan bağlanan saziş sülh ola bilməz. Avropa Putinin oynayacağı top deyil".
Kansler daha sonra əlavə edib: "Biz Ukrayna xalqını lazım olduğu qədər dəstəkləyəcəyik və bu məqsədlə Rusiyanın dondurulmuş aktivlərini əldə etmək istəyirik".
Səlcuq