"Qazaxlı Alik"in oğluna hökm oxundu - 6 il, 6 ay
Yeddi nəfəri şantaj etməkdə ittiham edilən Milli Fədailər Hərəkatının qurucusu Fuad Muradovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.
SAVASHMEDİA.az-ın məlumatına görə, Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.
Hökmə əsasən Fuad Muradov 6 il 6 ay azadlıqdan məhrum edilib.
F.Muradov 2023-cü ilin oktyabrında DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən həbs edilmişdi.
Qeyd edək ki, Fuad Muradov "Qazaxlı Alik" ləqəbi ilə tanınan I Qarabağ müharibəsinin veteranı Arif Muradovun oğludur.