"Kimsə məni dəyişmək istəyirsə, bu, indi alınmayacaq" – Zelenski
“ABŞ prezidenti Donald Tramp Rusiya dezinformasiyasının qurbanına çevrilib”.
SAVASHMEDİA.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski amerikalı həmkarının onun reytinqinin 4 faiz təşkil etdiyi barədə açıqlamasına münasibət bildirərkən söyləyib.
Zelenski xatırladıb ki, Kiyev Beynəlxalq Sosioloju İnstitutunun sorğusuna əsasən, ukraynalıların 57%-i ona etimad göstərir.
“Əgər kimsə məni indi dəyişməz istəyirsə, o zaman bu, indi alınmayacaq... Əgər söhbət 4%-dən gedirsə, biz bu dezinformasiyanı görmüşük. Biz anlayırıq ki, o Rusiyadan gəlir və əlimizdə sübutlar var”, - deyə Zelenski əlavə edib.
Xatırladaq ki, Mar-a-Laqo klubunda jurnalistlərə müsahibə verərkən Tramp bildirib ki, Rusiyanın Ukraynada prezident seçkilərinin keçirilməsi ilə bağlı tələblərini dəstəkləyir.
Amerika prezidenti iddia edib ki, Ukrayna liderinin dəstək reytinqi 4%-ə enib.
Xatirə SADİQ