Elgün tapılanda yanında hansı əşyalar olub? - Açıqlandı + VİDEO
“Elgünün üstündə mobil telefonu, çantası olub. Onlar da istintaq orqanındadır. Araşdırma bitənə qədər də orada qalacaq”.
SAVASHMEDİA.az xəbər verir ki, bunu musavat.com-a müsahibəsində Gəncədə meyiti tapılan Elgün İbrahimovun anası Fizzə Zeynalova deyib.
Fizza Zeynalova ailələrinin kiminləsə düşmənçiliyinin, probleminin olması ilə bağlı suala da cavab verib:
“Biz özümüz üçün sakit yaşayan bir ailə olmuşuq. Heç kimlə problemimiz, söz-söhbətimiz olmayıb. Mən də işləyib övladlarıma baxmışam”.
Xatırladaq ki, 11-ci sinif şagirdi Elgün İbrahimovun müəmmalı şəkildə dünyasını dəyişməsindən 16 gün keçir.