Harris sələfinin siyasətindən imtina etdi – “Mən liderlərin yeni nəslini təmsil edirəm”
Noyabr seçkilərində qalib gələcəyi təqdirdə Kamala Harris indiki prezident Co Baydenin siyasətini birbaşa davam etdirmək niyyətində deyil.
SAVASHMEDİA.az xəbər verir ki, ABŞ-nin vitse-prezidenti Kamala Harris bunu “Fox” telekanalına müsahibəsində deyib.
“Mənim prezidentliyim Co Baydenin prezidentliyinin davamı olmayacaq və vəzifəyə gələn hər yeni prezident kimi mən də öz həyat və peşəkar təcrübəmi, həmçinin təzə ideyalarımı gətirəcəyəm. Mən liderlərin yeni nəslini təmsil edirəm”, - deyə 59 yaşlı Harris vurğulayıb.
Jurnalist onun seçkiqabağı kampaniyasının “İrəliyə yeni yol” və “Səhifəni çevirməyin vaxtıdır” şüarlarına diqqəti çəkib və Harrisin üç il yarımdan çox Baydenin vitse-prezidenti vəzifəsində çalışdığı fonda hansı səhifənin çevrilməli olduğu barədə sual verib.
Harris bildirib ki, o, rəqibi Donald Trampın ölkənin parçalanmasına yönəlmiş səhifəsini çevirmək istəyir.
“Amerika prezidentinin gücü ondadır ki, o, bizim böyük əksəriyyətimizi ayırandan daha çox ortaq cəhətlərə malik olduğunu başa düşür”, - deyə vitse-prezident əlavə edib.
Xatirə SADİQ