Vaşinqton məhkəməsi Trampın bu sərəncamını ləğv etdi 

Vaşinqton dairə məhkəməsi Tramp administrasiyasına proqramların 90 gün müddətinə dondurulması əmrini ləğv edərək xarici yardımı bərpa etməyi öhdəsinə qoyub.

Feb 14, 2025 - 18:10
Vaşinqton məhkəməsi Trampın bu sərəncamını ləğv etdi 

SAVASHMEDİA.az bu barədə “Associated Press” (AP) agentliyinə istinadən xəbər verir.

 Agentlik yazır ki, bu, ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) maliyyələşdirilməsinin dayandırılması ilə bağlı ilk məhkəmə qərarıdır. Qərar QİÇS-ə qarşı peyvəndin müdafiəsi üzrə Koalisiya və xaricdə işləmək üçün ABŞ-dən maliyyələşən səhiyyə təşkilatlarını təmsil edən Qlobal Sağlamlıq Şurasının iddialıarı üzrə çıxarılıb. 

Federal hakim Əmir Əlinin qərarında deyilir ki, Trampın imzaladığı sərəncam xarici təşkilatlara külli miqdarda ziyan vurub. 

Tramp administrasiyasının nümayəndələri təkid ediblər ki, USAİD-in proqramlarının maliyyələşdirilməsini Ağ Evin dayandırması zəruridir, çünki onları təhlil etməli və hər birinin əlavə maliyyələşdirməyə dəyib-dəymədiyinə qərar verməlidir. 

Lakin hakim hesab edib ki, administrasiya nümayəndələri xarici yardımın tamamilə kəsilməsinin niyə yeganə məntiqli həll yolu olduğuna dair heç bir izahat təklif edə bilməyiblər. ABŞ prezident administrasiyası həm də maliyyələşdirmənin dayandırılması səbəbindən bağlanmaq ərəfəsində olan çoxsaylı kiçik və böyük təşkilatları rədd etmək üçün rasional səbəb olduğunu sübut edə bilməyib.

Xatirə SADİQ