Bayden qanunvericiləri Ukraynaya 24 milyard dollar ayırmağa çağırdı 

ABŞ prezidenti Co Bayden Ukraynaya hərbi dəstəyi artırmaq üçün Konqresi əlavə 24 milyard dollar ayırmağa çağırıb.

Nov 27, 2024 - 11:28
Bayden qanunvericiləri Ukraynaya 24 milyard dollar ayırmağa çağırdı 

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb.

Nəşrin məlumatına əsasən, Ağ Evin inzibati və büdcə idarəsi növbəti prezident administrasiyası tərəfindən Ukraynaya maliyyənin dondurulmasının qarşısını almaq üçün bu maliyyə yardımın həll paketinə daxil olunmasını təklif edib. 

24 milyard dolların 8 milyard dolları Amerika şirkətlərinin Ukraynaya silah tədarükü üzrə müqavilələrinin maliyyələşdirilməsi, 16 milyard Amerika hərbi arsenalı ehtiyatlarının  artırılması üçün nəzərdə tutulub.

Artıq bəzi respublikaçılar bu addımla razılaşmayaraq, təklifi kəskin tənqid ediblər.

"Co Bayden birtərəfli qaydada Ukraynaya kreditləri “bağışlamaqla”, vergi ödəyicilərinin 4,7 milyard dollarını verdi. Konqres qapıdan çıxarkən ona prezident Trampın sülh danışıqlarını daha da sabotaj etmək üçün pulsuz hədiyyə bəxş etməməlidir. Baydenin maliyyə üzrə istənilən tələbləri rədd edilməlidir”, - deyə Yutadan olan senator Mayk Li “X” sosial şəbəkəsində yazıb.

Xatırladaq ki, bu ərəfərə ABŞ dövlət katibi Antoni Blinken demişdi ki, ölkəsi 2025-ci ilə qədər mübarizə aparması üçün Ukraynanı lazım olan hər şeylə təmin edəcək.

Xatirə SADİQ