“HƏMAS” başsız qalıb – hərəkat yeni lider axtarışındadır
Fələstinin “HƏMAS” hərəkatı Siyasi Büro rəhbəri Yəhya Sinvarın Qəzza zolağında ölümündən sonra hələ də özünə yeni lider seçməyib.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “HƏMAS” Siyasi Bürosunun rəhbərinin müavini Musa Əbu Mərzuk RİA “Novosti”yə bildirib.
Onun sözlərinə görə, bu məsələ ilə müzakirələr davam edir.
Mərzuk deyib ki, İsrail “HƏMAS”ı Qəzza zolağından çıxara bilməyəcək və Həmas liderlərinin öldürülməsi mübarizəni dayandırmayacaq: “Onların yerin başqaları gəlir”.
O, əmin edib ki, hərəkat yeni rəhbərin adını seçimdən sonra mütləq rəsmən açıqlayacaq.
Oktyabrın 23-də “HƏMAS” Siyasi Büro rəhbərinin müavini Musa Əbu Mərzukun Moskvaya səfərə gəldiyi məlum olub.
Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova görüşü təsdiqləyib: “Girovlar məsələsi, eləcə də regiondakı vəziyyət, Qəzza zolağındakı humanitar aspektlər müzakirə edilib”.
Xatirə SADİQ