İran danışıqlar üçün ABŞ-yə 5 şərt irəli sürdü - BUNLARDIR

İran münaqişənin sülh yolu ilə həlli üzrə danışıqların bərpası üçün ABŞ-yə beş şərt irəli sürüb.

May 13, 2026 - 01:09
İran danışıqlar üçün ABŞ-yə 5 şərt irəli sürdü - BUNLARDIR

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Fars” agentliyi mənbələrinə istinadla məlumat yayıb.

Məlumata görə, Tehran tərəfi danışıqların yenidən başlanmasını bir sıra siyasi və təhlükəsizlik tələblərinin yerinə yetirilməsi ilə şərtləndirir. İrəli sürülən şərtlər aşağıdakılardır:

1. Bütün cəbhələrdə, xüsusilə Livanda müharibənin dayandırılması – İran regionda hərbi eskalasiyanın dərhal sona çatdırılmasını əsas tələb kimi irəli sürür və gərginliyin azaldılmasını danışıqlar üçün ilkin şərt hesab edir.

2. İran əleyhinə sanksiyaların aradan qaldırılması – Tehran uzun illərdir tətbiq olunan iqtisadi sanksiyaların tam ləğvini tələb edir və bunu münasibətlərin normallaşması üçün vacib addım kimi qiymətləndirir.

3. Dondurulmuş İran vəsaitlərinin aktivləşdirilməsi – Xarici ölkələrdə bloklanan İran aktivlərinin sərbəst buraxılması və istifadəyə verilməsi əsas iqtisadi tələblərdən biri kimi göstərilir.

4. Müharibənin vurduğu zərərin kompensasiyası – İran tərəfi hərbi münaqişələr nəticəsində ölkəyə dəymiş maddi və infrastruktur ziyanın qarşılanmasını tələb edir.

5. Hörmüz boğazı üzərində İranın suveren hüququnun tanınması – Tehran strateji əhəmiyyət daşıyan Hörmüz boğazında öz hüquqlarının beynəlxalq səviyyədə qəbul edilməsini danışıqların mühüm şərti kimi irəli sürür.

Oğuz