Qurbanovun qəzəbinə tuş gələn Elvin SÜKUTU POZDU - FOTO
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun qərarı ilə ötən ay əvəzedici heyətə göndərilən Elvin Cəfərquliyev sosial şəbəkə hesabında yeni paylaşım edib.
SAVASHMEDİA.az xəbər verir ki, futbolçu idman zalında məşq zamanı çəkilmiş fotosunu izləyiciləri ilə bölüşüb. Onun paylaşımı qısa zamanda diqqət çəkib.
Cəfərquliyev şəklin altına yazdığı şərhdə hazırkı vəziyyəti barədə qısa məlumat verib: “Mən yaxşıyam, hər şey üçün Allaha şükür.”
Qeyd edək ki, gənc futbolçunun əvəzedici heyətə göndərilməsi son günlər idman ictimaiyyətində də müzakirə olunan mövzulardan biridir.
Səlcuq