SEPAH bu ölkəyə girib ƏMƏLİYYATA BAŞLADI

Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər naziri Abdullah bin Zayed Al Nahyan İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) Küveyt ərazisinə sızması ilə bağlı iddiaları şərh edib.

May 13, 2026 - 00:43
SEPAH bu ölkəyə girib ƏMƏLİYYATA BAŞLADI

SAVASHMEDİA.az xəbər verir ki, nazir SEPAH-ın Küveyt ərazisinə daxil olaraq Bubiyan adasında “terror planı” həyata keçirməyə cəhd etməsi iddialarını regionun təhlükəsizliyinə təhdid kimi qiymətləndirib.

Abdullah bin Zayed Al Nahyan bildirib ki, belə addımlar “qanunsuz müdaxilə” hesab olunur və Körfəz regionunun sabitliyini pozmağa yönəlib. O, BƏƏ-nin yaranmış vəziyyətdə Küveytlə tam həmrəy olduğunu vurğulayıb.

Bununla belə, SEPAH-ın Küveyt ərazisində hərəkətə keçməsinə dair rəsmi təsdiq yoxdur. Hazırda nə İran İslam Respublikası, nə də Küveyt tərəfi SEPAH-ın sərhədi keçməsi və ya Bubiyan adasında hər hansı əməliyyat həyata keçirməsi ilə bağlı məlumatı təsdiqləməyib.

Oğuz