Tramp Zelenskinin "əllərini açır" - Rusiyanı vur!

ABŞ prezidenti Donald Tramp Ukraynaya Rusiyadakı hədəflərə zərbə endirmək icazəsi verə bilər.

May 27, 2025 - 15:44
Tramp Zelenskinin "əllərini açır" - Rusiyanı vur!

O, bu məqsədlə Ukraynanın Qərb silahlarından istifadəsinə qoyulan məhdudiyyətləri tamamilə aradan qaldırmağı düşünür.

SAVASHMEDİA.az bu barədə "Kyiv Post" nəşrinə isitnadla xəbər verir.

Nəşrin yazdığına görə, Tramp hesab edir ki, belə bir tədbir Ukrayna qüvvələrinə Rusiya ordusunun hərəkətlərini dəstəkləyən logistika və əməliyyat obyektlərini vurmağa imkan verəcək. Onun müşavirləri deyirlər ki, bu, Moskvanın əməliyyatlar planlamasını çətinləşdirə və döyüşlərin gedişatını Ukraynanın xeyrinə dəyişə bilər.

Üstəlik, mənbələr Trampın əmin olduğunu bildirirlər ki, mövcud məhdudiyyətlər əsas məqsədə - Rusiyanın birbaşa danışıqlara qayıtmasına nail olmağa kömək etmir.

Hələlik Ağ Evdən bununla bağlı heç bir rəsmi açıqlama verilməyib, lakin "Kyiv Post"un məlumatına görə, belə bir ssenari artıq prezidentin komandasında fəal şəkildə müzakirə olunur.

Oğuz