Aİ də Ukrayna minerallarına göz dikdi
Avropa İttifaqının (Aİ) sənaye strategiyası üzrə komissarı Stefan Sejurne Kiyevə səfəri zamanı Ukrayna rəsmilərinə ölkənin mühüm mineralları ilə bağlı qarşılıqlı faydalı saziş təklif edib.
SAVASHMEDİA.az bu barədə “France-Presse” agentliyinə istinadən xəbər verir.
“Avropanın ehtiyac duyduğu 30 mühüm materialdan 21-i qarşılıqlı faydalı tərəfdaşlıq çərçivəsində Ukrayna tərəfindən təqdim oluna bilər. Avropanın təklif etdiyi əlavə dəyər ondan ibarətdir ki, biz heç vaxt qarşılıqlı faydalı olmayan saziş tələb etməyəcəyik”, - deyə Aİ komissarı diqqətə çatdırıb.
Xatırladaq ki, Ukraynanın manqan, titan, qrafit və litium da daxil olmaqla mineral zənginliyi Kiyev və Vaşinqton arasında gərgin danışıqların mövzusuna çevrilib.
ABŞ prezidenti Donald Tramp təkid edir ki, ölkəsi Ukraynanı Rusiyanın işğalından müdafiə etdiyinə görə buy olla “pulunu geri almağa” layiqdir.
Xatirə SADİQ