Paşinyan 1 milyard dollar ödəmədi, amma... - Ermənistan "Tramp BMT-si"nə üzv oldu
Ermənistan ABŞ Prezidenti Donald Trampın ideya müəllifi olduğu Sülh Şurası Təşkilatına üzv olmaq üçün vəsait ödəməyib.
SAVASHMEDİA.az xəbər verir ki, bunu Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Ani Badalyan deyib.
Onun sözlərinə görə, Ermənistanın 1 milyard dollar məğləğində müəyyən edilmiş üzvlük haqqını ödəməsə də, Sülh Şurasının üzvü olub.
Badalyan əlavə edib ki, ödəniş heç də bütün üzvlərdən tələb olunmur. Belə ki, 1 milyard dollarlıq ödəniş təşkilatın nizamnaməsinin qüvvəyə minməsindən sonra bir il ərzində daimi üzv olmaq istəyən ölkələr üçün nəzərdə tutulub.
Aytən