Peskov “and içir” - “İttihamlar əsassızdır”

Rusiyaya qarşı Britaniya seçkilərinə müdaxiləyə dair iddialarla bağlı bütün ittihamlar tamamilə əsassızdır. 

Oct 10, 2024 - 14:01
Oct 13, 2024 - 00:12
Peskov “and içir” - “İttihamlar əsassızdır”

SAVASHMEDİA.az xəbər verir ki, bunu RİA “Novosti”yə açıqlamasında Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Bütün bu ifadələr tamamilə əsassızdır. Bunlar sübutsüzdür, əsassızdır və buna görə də onlara sübutsuz ittihamlar kimi yanaşmaq lazımdır”, - Kreml sözçüsü əlavə edib. 

Peskovun sözlərinə görə, Britaniya hakimiyyətinin Rusiya tərəfinə ünvanladığı bu cür tənqidi diqqətə layiq olmayan, tamamilə səthi tənqid” kimi qəbul etmək lazımdır.

Qeyd edək ki, bundan öncə Avropa Komissiyası Rusiyaya qarşı sanksiyalar rejiminin sərtləşdirilməsini seçkilərə və demokratik institutların işinə müdaxiləyə imkan verilməməsi niyyəti ilə izah edib. 

Xatirə SADİQ