Polşada prezident seçkiləri - Tşaskovski qalibdir 

Polşada prezident seçkilərinin ikinci turunda səsvermə başa çatıb.

Jun 1, 2025 - 23:30
Polşada prezident seçkiləri - Tşaskovski qalibdir 

SAVASHMEDİA.az xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatına görə, seçki məntəqələri yerli vaxtla 21:00-da (Bakı vaxtı ilə 23:00-da) bağlanıb.

İkinci turda hakim Vətəndaş Koalisiyasının namizədi, Varşava meri Rafal Tşaskovski 50,3% səslə aparıcı müxalifət partiyası "Hüquq və Ədalət" (PiS) tərəfindən dəstəklənən Polşa Milli Yaddaş İnstitutunun direktoru Karol Navrotskiyə( 49,7%) qalib gəlib.

Qeyd edək ki, seçkilərdə 32 min səsvermə məntəqəsində təxminən 29 milyon seçici səs verib.