Həbsxana binasının çökməsi ilə bağlı RƏSMİ AÇIQLAMA
Bu gün saat 13:10-da 12 saylı cəzaçəkmə müəssisəsinin məhkumlar üçün nəzərdə tutulmuş yaşayış binasının dam örtüyü uçub, nəticədə bir nəfər məhkum xəsarət alıb.
SAVASHMEDİA.az-ın məlumatına görə, bu barədə Ədliyyə Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, müəssisədə cəza çəkən digər məhkumlar və müəssisənin işçi heyəti arasında xəsarət alan olmayıb.