Koronavirusun yeni ştammı yayılır, ÜST həyəcan təbili çaldı - Yenə Çin
Çindən dünyaya koronavirusun (COVID-19) yeni ştammı yayılır.
SAVASHMEDİA.az xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yaydığı məlumata görə, COVID-19-un NB.1.8.1 variantı dünyada daha çox infeksiyaya səbəb olub.
Çinin Səhiyyə Nazirliyi də etiraf edib ki, bu variant ölkədə artıq sürətlə yayılır. Onun əsas simptomu şiddətli boğaz ağrısıdır. ABŞ-nin Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzləri də bu variantın ölkədə yayılmağa başladığını bildiriblər.
Ümumdünya Səhiyyə Təşkilatı mayın 28-də yaydığı məlumatda həyəcan təbili çalaraq bəzi bölgələrdə bu ştamma yoluxmanın artmağa başladığını bir daha bildirib. Qurum qeyd edib ki, ştamm hazırda Cənub-Şərqi Asiya, Qərbi Sakit okean və Aralıq dənizi regionlarında yayılır.
Birləşmiş Millətlər Təşkilatı isə NB.1.8.1 ştammına yoluxmanın artdığı ölkələrin adlarını sadalayıb: Kamboca, Çin, Honq Konq və Sinqapur.
Yeni ştammla bağlı bir neçə ölkə tədbir almağa başlayıb. Cənubi Koreya Tibb Assosiasiyası COVID-19-un mövsümi dəyişikliklər və səyahət səbəbindən yenidən arta biləcəyi ilə bağlı xəbərdarlıq edib. Hindistan Səhiyyə Nazirliyi isə xəstəxanalara çarpayı, oksigen, dərman və avadanlıq baxımından hazır olmaları barədə göstəriş verib. Tayvan səlahiyyətliləri bu həftə ictimaiyyətə maska taxmaq və əl gigiyenasına riayət etmək barədə xəbərdarlıq edib.
Banu