Britaniya Ukraynanın qələbəsi naminə təkliflərini hazırlayır 

“Britaniya tərəfi Ukraynanın qələbə planının praktiki icrası çərçivəsində öz təklifləri üzərində işləyir”.

Oct 16, 2024 - 12:11
Britaniya Ukraynanın qələbəsi naminə təkliflərini hazırlayır 

SAVASHMEDİA.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, bu barədə ölkənin Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sırski bildirib. 

Onun sözlərinə görə, Rusiya ərazisindəki hərbi hədəflərə hücumların mümkünlüyünü və Ukraynanın qələbə planının həyata keçirilməsini Böyük Britaniyanın Müdafiə Qərargahının rəisi, admiral Toni Radakla müzakirə edib. 

O, qeyd edib ki, söhbət zamanı Rusiyanın operativ və strateji dərinlikdəki hərbi obyektlərinin vurulması imkanları ayrıca müzakirə olunub.

Sırski vurğulayıb ki, Britaniyanın diqqətini Rusiyanın işğalçı qüvvələri tərəfindən beynəlxalq humanitar hüququn pozulmasına və hərbi cinayətlər törədilməsinə, xüsusilə mühüm infrastruktura hücumlara və mülki hədəflərin kütləvi atəşə tutulmasına yönəldib.

O, həmçinin əlavə edib ki, Ukrayna və Britaniya arasında əməkdaşlığın əsas istiqamətləri hərbi texnika və silahların tədarükü, hərbi kadrların hazırlanması və yüksək texnologiyalı silahlardan istifadənin səmərəliliyinin artırılması olaraq qalır.

Xatirə SADİQ