Trampın Oval kabinetdən çıxışı gözlənilir
ABŞ prezidenti Donald Trampın bu gün Ağ Evin Oval kabinetindən yeni bəyanatla çıxış etməsi gözlənilir.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Roll Call nəşri məlumat yayıb.
Məlumata görə, amerikalı prezidentin çıxışı məhz 2 sentyabra planlaşdırılıb. ABŞ prezidentinin konkret nədən danışacağı hələ məlum deyil.
Xatırladaq ki, ABŞ prezidentinin Ukraynadakı müharibənin sülh yolu ilə həlli üçün Putinə verdiyi müddət sentyabrın 1-də başa çatıb. Avqustun 22-də Tramp bəyan edib ki, Rusiya Federasiyasının Ukraynaya qarşı tammiqyaslı müharibəsi iki həftə ərzində dayanmasa, o, “çox vacib qərar” verəcək.
“Düşünürəm ki, nə edəcəyimizlə bağlı qərar verəcəyəm. Və bu, çox vacib qərar olacaq. Ya kütləvi sanksiyalar, ya kütləvi tariflər, ya da hər ikisi. Ya da heç nə etməyəcəyəm və “Bu, sizin müharibənizdir” deyəcəyəm”, - deyə Tramp vurğulamışdı.
Xatirə SADİQ