"Rusiyadakı azərbaycanlılar xristianlığı qəbul etsin, qadınları isə..." - Duqin

Kremlin ideoloqu, tanınmış filosof Aleksandr Duqin müsəlman miqrantları xristianlığı qəbul etməyə çağırıb.

Sep 2, 2025 - 12:35
Sep 2, 2025 - 12:36
"Rusiyadakı azərbaycanlılar xristianlığı qəbul etsin, qadınları isə..." - Duqin

SAVASHMEDİA.az xəbər verir ki, Aleksandr Duqin Rusyaya köçən miqrantların ruslaşmalı olduğunu deyib: 

"Onlar Rusiyada qalmaq üçün xristianlığı qəbul edərək rus olmalıdırlar. İslamı saxlamaq istəyirsiz? Yaxşı, bu da işə yarayar. Qəhrəman "Axmat"la birlikdə savaşın, bu zaman  rus islamı olacaqsız. Bizim ənənələrə hörmət edin, biz də sizə. Müsəlman qadınlar isə Rusiya ilə həmrəylik əlaməti olaraq hicablarına Z simvolu taxmalıdırlar".

Xatırladaq ki, Z və V hərfləri Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsinin simvolları sayılır.
O, daha sonra əlavə edib:

"Daha toksik saydığımız azərbaycanlılar, taciklər, özbəklər üçün də çıxış yolu var – assimilyasiya. Rusiya uğrunda savaşan pravoslav tacik, azərbaycanlı özbək daha miqrant deyil, rusdur. Özü da xalisindən. Savaşmayan isə rədd olsun".

Oğuz