İdman zalında vəfat edən Cabir İmanov kimdir? - DOSYE
Xəbər verdiyimiz kimi, bu gün Əməkdar artist Cabir İmanov vəfat edib.
SAVASHMEDİA.az Cabir İmanovun tərcümyi-halını təqdim edir:
Cabir İmanov 22 iyun 1976-cı ildə Bakı şəhərində anadan olub.
1983–1993-cü illərdə Bakı şəhəri 189 saylı məktəbdə oxuyub.
1993-cü ildə Azərbaycan Dövlət İqtisad İnstitutuna qəbul olub və 1997-ci ildə həmin institutu bitirib. 1997–1998-ci illərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında həqiqi hərbi xidmət keçib. 1999-cu ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsinə qəbul olub və 2003-cü ildə həmin universiteti bitirib. İqtisadçı və hüquqşünasdır. 1999–2018-ci illərdə Daxili İşlər Nazirliyində müxtəlif vəzifələrdə işləyərək, polis polkovnik-leytenantı rütbəsinə qədər yüksəlib. DTX Mədəniyyət mərkəzinin rəisi idi.
1992–2001-ci illərdə "Parni iz Baku" KVN komandasının üzvü olub. 1992-ci ildə KVN çempionu, 1995-ci ildə KVN Yay Kubokunun sahibi və 2000-ci ildə KVN "Əsrin Çempionu" adını qazanıb.
2001-ci ildən "Planet Parni iz Baku" KVN Teatrının aktyorudur. 14 sentyabr 2015-ci il tarixdə Azərbaycanın Əməkdar artisti fəxri adına layiq görülüb. 16 oktyabr 2021-ci il tarixdə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif olunub.
29 sentyabr 2025-ci ildə vəfat edib.
Ailəli idi, 4 övladı var.
AMEA-nın müxbir üzvü, İspaniya Kral Akademiyasının üzvü, professor, İqtisad Elmləri doktoru Qorxmaz İmanovun oğludur.
Azərbaycanın Əməkdar artisti, aktyor Tahir İmanovun qardaşıdır.
Azərbaycanın Xalq artisti, Şöhrət ordenli bəstəkar Süleyman Ələsgərovun nəvəsidir.