İran ən çox itkini bu şəhərdə verib - RƏSMİ STATİSTİKA
İsrailin İrana hücumları nəticəsində 4870 nəfər yaralanıb, 627 nəfər ölüb.
SAVASHMEDİA.az-ın xəbərinə görə, bu barədə İran Səhiyyə Nazirliyinin nümayəndəsi Hüseyn Kermanpur məlumat verib.
Onun sözlərinə görə, ən çox ölüm faktı Tehranda qeydə alınıb. Kermanşah və Xorasanda da çoxlu sayda insan dünyasını dəyişib. Səhiyyə Nazirliyinin məlumatına görə, ölənlərin cəmi 13,9%-i xəstəxana çarpayılarında dünyasını dəyişib. Nazirlik nümayəndəsi bildirib ki, qalanları hadisə yerində dünyasını dəyişib.
İsraildə isə bir gün əvvəl, iyunun 24-də İranla müharibə nəticəsində 28 israillinin öldürüldüyü bildirilirdi. 1472 nəfər isə yaralanıb.
İsrail iyunun 13-də İrana qarşı hərbi əməliyyata başlayıb.İyunun 24-də ABŞ prezidenti Donald Tramp ölkələrin atəşkəslə razılaşdıqlarını açıqlayıb.
Oğuz