Tramp ukraynalı jurnalistə “Patriot” vəd etdi
Prezident Donald Tramp əri cəbhədə olan ukraynalı jurnalistə ABŞ-nin Ukrayna üçün “Patriot” raketləri tapmağa çalışacağına söz verib.
SAVASHMEDİA.az xəbər verir ki, bu hadisə ABŞ prezidentinin NATO sammitinin yekunlarına həsr olunmuş mətbuat konfransında baş verib.
“Müsaidənizlə sizə sadəcə deyim ki, onlar “Patriot” hava hücumundan müdafiə raketlərinə sahib olmaq istəyirlər. Biz onlardan bəzilərini əldə edə biləcəyimizə baxacağıq. Bilirsiniz ki, onları əldə etmək çox çətindir. Onlar bizə lazımdır. Biz onları İsrailə tədarük edirdik. Və onlar çox effektlidir, 100% effektə malikdir. Nə qədər effektli olduğuna inanmaq çətindir və yəqin ki, bildiyiniz kimi, bunu dünyada hər şeydən çox istəyirlər. Çox gözəl sualdır və mən sizə uğurlar arzulayıram. Mən nəzərdə tuturam və görürəm ki, bu, size çox məyus edir”.
Xatirə SADİQ