Eks-nazir Harvard Universitetində çalışacaq

Ukraynanın keçmiş xarici işlər naziri Dmitri Kuleba Harvard Universitetində işə düzəlib. 

Dec 5, 2024 - 18:58
Eks-nazir Harvard Universitetində çalışacaq

SAVASHMEDİA.az xəbər verir ki, Kuleba bu faktı Ukrayna KİV-nə təsdiqləyib. 

“Bu doğrudur. Lakin bu əməkdaşlıq mənim ABŞ-yə köçməyimi nəzərdə tutmur”, - deyə eks-nazir vurğulayıb.

Keçmiş nazir deyib ki, Belfer Mərkəzinin qeyri-rezident böyük elmi işçisi kimi işləyərkən Ukraynada qalacaq. Tədris semestri boyu tələbələr, müəllimlər və daha geniş Harvard ictimaiyyəti ilə birbaşa qarşılıqlı əlaqə üçün Kembric, Massaçusets ştatına bir neçə səfər edəcək. 

Dekabrın 5-də məlum olub ki, Dmitri Kuleba Harvarddakı Kennedi məktəbinin nəzdindəki Belfer Elm və Beynəlxalq Münasibətlər Mərkəzinin baş elmi işçisi vəzifəsinə təyin edilib. 

Xatırladaq ki, Ukrayna Ali Radası sentyabrın 5-də Kulebanın xarici işlər naziri vəzifəsindən azad olunmasını dəstəkləyib. 

Xatirə SADİQ