Fransa əhalisi Makronun istefaya getməsini istəyir
Fransızların əksəriyyəti prezident Emmanuel Makronun istefasını və 2027-ci ilə planlaşdırılan seçkilərin tarixinin 2025-ci ilə çəkilməsini istəyir.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Le Point” jurnalı məlumat yayıb
Baş nazir Mişel Barnye hökumətinin süquta uğramasından bir neçə gün öncə keçirilmiş sorğuya əsasən, fransızların 54%-i Makronun istefasını istəyir.
Üstəlik, bu fikir solçu və ifrat sağçı partiyaların seçiciləri arasında daha populyardır. Mötədil seçicilər ümumiyyətlə növbədənkənar prezident seçkilərini dəstəkləmirlər.
Bu həftənin əvvəlində Makron 2027-ci ildə ikinci beşillik səlahiyyət müddəti bitmədən istefa verməyəcəyini söyləyib.
“Milli Birlik” ifrat sağçı partiyasının lideri Marin Le Pen prezidenti birbaşa istefaya çağırmayıb. O, deyib ki, istefa qərarını Makronun özü və vicdanı qəbul etməlidir.
Xatirə SADİQ