Tramp Zelenskini təriflədi - “Cəsarətli mübarizə aparır”

ABŞ prezidenti Donald Tramp iyunun 25-də Haaqada NATO sammiti çərçivəsində Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşünün yaxşı keçdiyini bildirib.

Jun 25, 2025 - 20:11
Tramp Zelenskini təriflədi - “Cəsarətli mübarizə aparır”

SAVASHMEDİA.az xəbər verir ki, Tramp bu barədə NATO sammitinin yekunlarına həsr olunmuş mətbuat konfransında danışıb. 

ABŞ prezidenti görüşdə Zelenski ilə atəşkəsi müzakirə etmədiyini, sadəcə olaraq onun işləri ilə maraqllanmaq istədiyini söyləyib.

“Əslində hər şey çox xoş keçdi. Bəzən çətin olurdu (Zelenski ilə - red.)... O, hədsiz dərəcədə xoş adam idi... Düşünürəm ki, görüşdən aldıqlarım (təəssürat – red.) son dərəcə xoş oldu”, - deyə Tramp vurğulayıb.

ABŞ prezidenti həmçinin Rusiya lideri Vladimir Putinlə danışacağını və müharibəyə “son qoya bilib-bilməyəcəyinin görüləcəyini” elan edib. 

“Mən Zelenski ilə yaxşı görüşüm oldu və çoxlu yaxşı insanlarla, gözəl liderlərlə çoxlu yaxşı görüşlər keçirdim. O, cəsarətli mübarizə aparır. O, [Zelenski] öz müharibəsini aparır və dövlətini geri alır. [...] Onun apardığı çətin döyüşdür. Amma o, bu işdə uğurludur”, - deyə Tramp əlavə edib. 

Xatirə SADİQ