İtkin düşən balıqçılar İrana keçib? - Əmisi danışdı + VİDEO

“Səhər saat 8-də evdən çıxdılar. Saat 2-dən sonra bizimlə əlaqə saxladılar. Ancaq mühərrikin səsindən nə dediklərini anlamadıq”.

Dec 10, 2025 - 16:58
İtkin düşən balıqçılar İrana keçib? - Əmisi danışdı + VİDEO

SAVASHMEDİA.az xəbər verir ki, bunu Astara rayonu ərazisində itkin düşən balıqçı Ağadədə Həsənovun əmisi bildirib.

“Saat 4-də ehtimal etdik ki, yanacaqları bitib. Bundan sonra qayıq göndərdik və aidiyyəti qurumlara məlumat verdik. Səhərədək dayanmadan axtarış aparılıb. Burada batmaq ehtimalı yoxdur, yanacaq bitə bilər və ya mühərrikin nasaz olması ehtimalı var. Belə hallarda isə mütləq şəkildə helikopter lazımdır. Yoxsa onları xilas etmək olmaz. Ya da bizə Xarici İşlər Nazirliyindən məlumat verilsin, bəlkə, uşaqlar İrana gedib çıxıblar”, - deyə o əlavə edib.

Qeyd edək ki, Xəzər dənizində qohum olan iki nəfər itkin düşüb. Bunlar 1997-ci il təvəllüdlü Turan Həsənov və 1999-cu il təvəllüdlü Ağadədə Həsənovdur.

Aytən

Daha ətraflı İctimai TV-nin süjetində: