Trampın əlində Yelenanın hansı faktı var? - Zelenski sülhə razılaşmasa, dərc etdirəcək

“Ukrayna Prezidenti Volodimir Zelenski və xanımı Yelena Zelenskaya korrupsiya ilə məşğuldur”.

Dec 10, 2025 - 17:51
Dec 10, 2025 - 17:53
Trampın əlində Yelenanın hansı faktı var? - Zelenski sülhə razılaşmasa, dərc etdirəcək

SAVASHMEDİA.az xəbər verir ki, bu iddia ilə Ukrayna Radasının keçmiş deputatı Oleq Tsarev çıxış edib.

O bildirib ki, ABŞ Prezidenti Donald Trampın əlində Zelenski və xanımının korrupsiyaya bulaşması ilə bağlı ciddi faktlar var və o, bu sübutlardan Ukrayna prezidentinə qarşı istifadə edəcək.

O. Tsarev iddia edib ki,  Zelenski və xanımı Qərbdən gələn vəsaitləri mənimsəyiblər. Hətta Zelenskinin bütün silahdaşları korrupsionerdir. 

Sabiq deputat qeyd edib ki, Tramp bu faktları dərc etdirmək üçün gecikmir. Lakin Zelenski Trampın sülh planını qəbul etməsə, çox güman ki, ABŞ lideri Kiyevə təzyiq məqsədilə həmin faktları dərc etdirəcək. V.Zelenski isə Trampın qəzəbini mərhəmətə çevirmək üçün əlindən gələni edir.

Xatırladaq ki, Trampın Ukrayna müharibəsi ilə bağlı “Sülh planı” ilk mərhələdə 28 maddədən ibarət olub. “Sülh planı”ndan daha çox Rusiyanın istəklərinə bənzədilən sənəd Ukrayna və Qərb tərəfindən narazılıqla qarşılanıb.

Planla bağlı Ukrayna, Avropa və ABŞ nümayəndələrinin Cenevrə görüşündən sonra “Sülh planı” 20 maddəyə endirilib. Volodimir Zelenski “Sülh planı”nı hələ də imzalamayıb.

Banu