Tramp Putinlə görüşdən danışdı - “Mümkün olan kimi…”

ABŞ prezidenti Donald Tramp 2-3 həftə ərzində Rusiya prezidenti Vladimir Putinlə görüşmək niyyətindədir. 

May 16, 2025 - 12:28
Tramp Putinlə görüşdən danışdı - “Mümkün olan kimi…”

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb. 

Onun sözlərinə görə, bu görüş onu təşkil etmək mümkün olan kimi baş tutacaq (“France-Press”).

Rusiya KİV-nin məlumatına görə, bundan öncə Putinin mətbuat katibi Dmitri Peskov bildirib ki, yaxın günlərdə Trampla görüş üçün heç bir hazırlıq görülmür və bu məsələ mövzu olaraq razılaşdırılmayıb. 

ABŞ dövlət katibi Marko Rubio dünən Türkiyədə jurnalistlərə bildirib ki, Tramp və Putin arasında potensial görüş Amerika prezidentinin Yaxın Şərq turundan qayıtdıqdan sonra Vaşinqtonda müzakirə edə bilər.

Onun sözlərinə görə, Putinlə görüşün potensial vaxtına şəxsən Tramp qərar verə bilər.

Rubio eyni zamanda prezident Trampın Ukraynadakı müharibənin sülh yolu ilə həllinin   onun Putinlə görüşü olmadan baş tuta bilməyəcəyinə dair fikrini dəstəkləyib. 

Xatirə SADIQ