Lavrovdan Uitkoffun səfərinə şərh – “Diplomatik təmaslar sakitliyi xoşlayır”  

“Rusiya hakimiyyəti effektiv diplomatiya üçün konfidensiallıq haqqında razılaşmalara əməl etməyə üstünlük verir”.

Feb 12, 2025 - 16:04
Lavrovdan Uitkoffun səfərinə şərh – “Diplomatik təmaslar sakitliyi xoşlayır”  

SAVASHMEDİA.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bunu xarici işlər naziri Sergey Lavrov jurnalistlərə Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoffun Moskvaya səfərini şərh edərkən bildirib.

Nazir izah edib ki, diplomatik və digər təmaslar ümumiyyətlə sakitliyi xoşlayır. O, xatırladıb ki, son həftələrdə bu mövzuda çoxlu suallar, o cümlədən prezidentin nümayəndəsi Dmitri Peskova ünvanlananlar da olub. 

“Və cavab verə biləcəyi cavabı verirdi ki, əlaqələr var, onlar davam edir. İndi nəticələri amerikalı həmkarlarımız elan etmək qərarına gəldilər. Bizim hər halda əldə olunan razılaşmalara fərqli yanaşmamız var. Bu, həmin təmasların həyata keçirildiyi kanallardan birinin məhsuludur”, - deyə Lavrov əlavə edib.

Xatirə SADİQ