Merts bu gün kansler elan edilməyəcək
Almaniyada mühafizəkar Sosial-Demokrat İttifaqı/Xristian-Demokrat İttifaqı blokunun namizədi Fridrix Merts Bundestaq üzvlərinin mütləq əksəriyyətinin səsini ala bilməyib.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə DW məlumat yayıb.
“Der Spiegel” qeyd edib ki, onun lehinə 310 deputat səs verib. Halbuki, bunun üşün minimum 316 deputatın səsi tələb olunur. Koalisiyanın Bundestaqda 328 mandatı var.
“Bild” yazır ki, bu gün Almaniyada yeni kanslerin elan edilməsi ilə bağlı Bundestaqda səsvermənin ikinci turu olmayacaq.
Bu barədə Bundestaqdakı Sosial-Demokrat İttifaqı/Xristian-Demokrat İttifaqı fraksiyasından bildirilib. Bu o deməkdir ki, Fridrix Merts bu gün Almaniyanın kansleri ola bilməyəcək.
Bu məlumatı XDİ-nin baş katibi Karsten Linnemann təsdiqləyib.
Xatirə SADİQ