Medvedev Zelenskini "çirkli yaşıl köynək geyən" adam adlandırdı - AÇIQLAMA
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev son müsahibəsində Ukraynanın formalaşacaq yeni hakimiyyətinin keçmiş liderləri edam edəcəyini deyib.
SAVASHMEDİA.az xəbər verir ki, o, indi ölkəyə rəhbərlik edən Volodimir Zelenskini “qeyri-qanuni şəxs” və “çirkli yaşıl köynək geyən” adam adlandırıb.
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini bildirib ki, Kiyev, eləcə də onu dəstəkləyən Qərb ölkələri Rusiyanı Yer üzündən silmək üçün hər şeyi etməyə çalışır . Medvedev Rusiyanı diqqətini cəmləməyə və sonra cavab verməyə çağırıb.
Oğuz