Tramp süni intellektin adını dəyişdi - FƏRMAN
ABŞ Prezidenti Donald Tramp federal qurumlarda süni intellektlə bağlı istifadə olunan terminologiyanın dəyişdirilməsini nəzərdə tutan fərman imzalayıb.
SAVASHMEDİA.az xarici mətbuata istinadən xəbər verir ki, sentyabrın 29-da imzalanan sənədə əsasən, dövlət qurumlarına “Artificial Intelligence” (AI) əvəzinə “Super Intelligence” (SI) ifadəsindən istifadə etmək tapşırılıb.
Qayda rəsmi yazışmalara, açıqlamalara, internet səhifələrinə, hesabat və siyasət sənədlərinə şamil olunur. Əvvəlki qanun, qayda, müqavilə və tarixi sənədlərin dəyişdirilməsi tələb edilmir.
Fərmanda “Super Intelligence” anlayışının hazırda qanunvericilikdə süni intellekt üçün nəzərdə tutulan texnologiyaları əhatə etdiyi bildirilir. Tramp isə yeni terminin texnologiyanın genişlənən imkanlarını daha yaxşı ifadə etdiyini bildirib.
Oğuz