“Konkret qərarlarımız var” - Zelenski
Ukrayna prezidenti Volodimir Zelenski G7 sammitində iştirak etmək üçün Kanadaya səfərindən sonra Ukraynaya hərbi dəstəyin artırılması və Rusiyaya qarşı əlavə sanksiyalar barədə bəyanat yayıb.
SAVASHMEDİA.az xəbər verir ki, Zelenski bu bəyanatı Telegram-da paylaşıb.
Ukrayna prezidenti tərəfdaşlarına minnətdarlığını bildirib.
“Bu gün hərbi dəstəyin artırılması, Rusiyanın dondurulmuş aktivləri hesabına yeni yardım tranşları və Rusiya müharibəsini yemləndirənlərə qarşı əlavə sanksiyalarla bağlı konkret qərarlarımız var. Tərəfdaşların təkcə indi müdafiəmizi dəstəkləməyə deyil, həm də müharibə bitdikdən sonra Ukraynanı birlikdə bərpa etməyə hazır olması vacibdir.
Rusiya təcavüzünə qarşı mübarizədə bizə kömək edən və Ukrayna ilə birlikdə gələcək üçün möhkəm təhlükəsizlik arxitekturasını quran hər kəsə təşəkkür edirəm”, - deyə Zelenski vurğulayıb.
Xatirə SADİQ