Tramp onu andiçmə mərasiminə dəvət etdi - 150 ildən sonra BİR İLK
Donald Tramp yanvarın 20-də baş tutacaq inauqurasiya mərasiminə Çin Prezidenti Si Cinpini dəvət edib.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “CBS News” məlumat yayıb.
Anonim mənbələrə istinadən verilən məlumatda deyilir ki, əgər Çin lideri dəvəti qəbul edərsə, ABŞ tarixində ilk dəfə olaraq xarici lider hakimiyyətin ötürülməsi mərasimində iştirak edəcək.
Məlumata görə, Tramp seçkidən qısa müddət sonra, noyabrın əvvəlində Si Cinpinə dəvətlə bağlı müraciət edib. Lakin Cinpinin bu dəvəti qəbul edib-etmədiyi bəlli deyil.
Bundan başqa, Trampın komandası digər yüksək vəzifəli məmurları, o cümlədən yeni seçilmiş prezidentlə dostluq münasibətləri olan Macarıstanın Baş naziri Viktor Orbanı da mərasimə dəvət etməyi nəzərdən keçirir.
“Adətən andiçmə mərasimlərinə səfirlər və digər diplomatlar dəvət olunur, lakin Dövlət Departamentinin 1874-cü ilə aid qeydləri göstərir ki, xarici liderlər heç vaxt hakimiyyətin ötürülməsi mərasimində iştirak etməyiblər”, - “CBS News” vurğulayıb.
Xatirə SADİQ