Leysan,qar, güclü külək... - Hava ilə bağlı MÜHÜM XƏBƏRDARLIQ!

Dekabrın 13-də gözlənilən hava şəraiti açıqlanıb.

Dec 12, 2024 - 14:32
Leysan,qar, güclü külək... - Hava ilə bağlı MÜHÜM XƏBƏRDARLIQ!

SAVASHMEDİA.az-a Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata əsasən, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.

Gecə yarımadanın bəzi yerlərində qısamüddətli leysan xarakterli yağışın olacağı ehtimalı var. Şimal-qərb küləyi gecəyə doğru arabir güclənəcək.

Havanın temperaturu gecə 6-8° isti, gündüz 8-11° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunu proqnozlaşdırılır. Nisbi rütubət 70-80 % olacaq.

Azərbaycanın bəzi rayonlarında arabir yağıntı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv yağıntının olacağı ehtimalı var. Gündüz yağıntıda fasilə olacaq. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 1-5° isti, gündüz 7-12° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-3° şaxta olacaq.